Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məlumatı deputat Vüqar Bayramob paylaşıb. O bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur: “Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə […]
Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək. Edliyyeinfo.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin payız sessiyası çərçivəsində 30 sentyabrda keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib. Baxış Sayı: 493
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və imtiyaz müəyyənləşir Edliyyeinfo.az xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər. Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək. Dövlət […]