Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Qanun layihəsi uşaqların hüquqlarının daha effektiv qorunması, onların təhlükəsiz mühitdə böyüməsi və dövlətin bu sahədə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Edliyyeinfo.az informasiya portalına videogörüntü vasitəsilə qısa açıqlama ünvanlayıb.
Hüquqşünas bildirib ki, yeni qanun layihəsi mövcud normativ bazanın müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sənəddə uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət qurumlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi əsas istiqamətlərdəndir.




