“Məlum olduğu kimi, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”. Parlamnetin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. “2015-ci ildə […]
Info
Orta aylıq əməkhaqqı artıb
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 1103,8 manat təşkil edib. Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət […]
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
“Bizə daxil olan müraciətlərə uyğun olaraq bir sıra məsələləri təqdim etmək istərdim. Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır”. Bunu Milli Məclisin bu […]
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
“Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb (2025- 4.4 mlrd.manat). 2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də […]
Bu ölkələr Azərbaycanda səfirlik açır
Estoniya və Somali Azərbaycanda səfirlik açır. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb. Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb.
Laçının bəzi kəndləri birləşdiriləcək
Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Sənəddə qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda vəkillərin sayı açıqlandı
Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir. Edliyyeinfo.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib. Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb: “Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan […]
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Barəsində ağır ittihamlar səsləndirilən vəkil Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarılıb. Edliyyeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kollegiyanın İntizam Komissiyası belə qərar qəbul edib. Qərara əsasən, R.Ramazanov artıq Kollegiyanın üzvü deyil. Qeyd edək ki, iki ay əvvəl ixtisasca həkim olan L.Abdullayeva R.Ramazanova qarşı ağır ittihamlar ürəli sürüb. Hazırda onlar arasında məhkəmə çəkişməsi gedir.
İlham Əliyev Fərman imzaladı
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək, Xarici […]










