Bir daşınmaz əmlak üzərində bir neçə bankın ipoteka hüququnun hansı ardıcıllıqla tanınacağı qanunla tənzimlənəcək. Edliyyeinfo.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyədək bəzi hallarda eyni daşınmaz əmlak bir neçə dəfə girov qoyula bilir və bu zaman müxtəlif banklar ipoteka saxlayan […]
Info
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir. Edliyyeinfo.az xəbər verir ki, bu, Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi […]
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Bildirilib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı cinayət mühakimə icraatının qarşısında yeni çağırışlar qoyub. Klassik […]
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, sərəncamda deyilir: – 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən […]
Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi – Təsdiqlədi
2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin […]
Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi
Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara edilən dəyişikliyi təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda (“xeyli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə […]
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
Azərbaycanda uşaqların rifahını kökündən dəyişdirəcək yeni hüquqi mexanizm hazırlanır və hər bir uşağın dövlət tərəfindən müəyyən edilmiş minimum dolanışıq həddində maddi dəstək almaq hüququ rəsmiləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu mühüm yenilik Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün baş tutan iclasında geniş təhlil edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin əsas maddələrindən birini təşkil edir. […]
Bu əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilir
İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilir. Edliyyeinfo.az xəbər verir ki, müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcək. ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə […]
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına dəyişiklik edilir. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Layihəyə əsasən, dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya […]
“Media haqqında” Qanuna dəyişiklik edilir
İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalarında dəyişiklik ediləcək. Məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin […]









