Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Belə ki, elektron siqaret qida məhsulları, tütün […]
Info
DGK-nin Akademiyasının Nizamnaməsi dəyişdi
Prezident İlham Əliyev 8 iyul 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” qanuna uyğun olaraq […]
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
Dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələr təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya […]
Sosial şəbəkələrdə bunu edənlər inzibati həbs olunacaq
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən […]
İlham Əliyev Gideon Saarı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi. Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və […]
Daşaltı əməliyyatı: 34 il əvvəl baş vermiş hərbi hadisəyə ümumi baxış
Edliyyeinfo.az xatırladır ki, bu gün Azərbaycan Ordusunun 1992-ci ildə həyata keçirdiyi Daşaltı əməliyyatından 34 il ötür. Sözügedən əməliyyat Qarabağ münaqişəsinin ilk mərhələsində, Şuşa rayonunun Daşaltı kəndi istiqamətində aparılmış hərbi əməliyyatlardan biri kimi tarixə düşüb. Məlumata görə, əməliyyatın məqsədi Şuşa şəhəri yaxınlığında yerləşən Daşaltı kəndinin nəzarətə götürülməsi və bölgədəki strateji mövqelərlə bağlı vəziyyətin dəyişdirilməsi olub. Əməliyyat […]
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Edliyyeinfo.az xəbər verir ki, bu, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün […]
Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK
Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin satınalma […]
Bu qanuna dəyişiklik olunur
“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik olunur. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, […]










