Info Parlament

Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihədə bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif […]

Ədliyyə Info

Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir. Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq […]

Info

Aeroport tikintisində torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq

Yeni aeroport və aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq. Edliyyeinfo.az  xəbər verir ki, bu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) […]

Info Parlament

Qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır

Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu […]

Info Sənədlər

Müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz – RƏSMİ

Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz. Edliyyeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur. “Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə […]

Info

Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar

Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb. “Dərman vasitələrinin topdansatışına dair tələblər” Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq […]

Info

Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq

Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökümətə təqdim edilib və müzakirə çərçivəsindədir. Edliyyeinfo.az  xəbər verir ki, bu fikirləri Xidmətin rəisi Vəli Quliyev deyib. O bildirib ki, bu istiqamətdə məhələli işlər nəzərdə tutulub. “Bir çox ölkələrdə həm aylıq minimum əməkaqqı, həm saathesabı maaş sistemi mezanizmi mövcuddur. Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam əmək müqaviləsi, həmçinin 1 […]

Info

Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Edliyyeinfo.az  xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin illik konfransında məlumat verilib. Qeyd edilib, bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Info Sənədlər

Torpaq sahəsini özbaşına tutanları bu cəza gözləyir

Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək […]