Edliyyeinfo.az xəbər verir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və söhbət mərhələlərində uğur qazanmış namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim proqramı başlayıb. Təlimin açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, nazirin müşaviri Seyfəlpaşa Əliyev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev iştirak edib. […]
Info
Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Nazirliyin penitensiar müəssisələrinin əməkdaşları üçün təlimlər keçirib
Edliyyeinfo.az: Dekabr ayı ərzində Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində silsilə təlimlər keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrinin tibb xidmətində çalışan həkimlər üçün təşkil edilmiş seminar “Təxirəsalınmaz tibbi yardım və təxirəsalınmaz psixiatrik yardım” mövzusunu əhatə edib. Seminarın əsas məqsədi penitensiar müəssisələrdə fəaliyyət göstərən həkimlərin […]
Hakim olmaq istəyənlərin nəzərinə!
Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının 2026-cı il iyun ayının 28-də keçirilməsi […]
Müavinət, təqaüd və ünvanlı sosial yardım alanlara şad xəbər
Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi […]
2026–2030-cu illər üçün Dövlət Proqramı TƏSDİQLƏNDİ
Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Maliyyə Nazirliyi Dövlət Proqramında […]
“Biznes demoqrafiyası”na dair informasiya ehtiyatı yaradılacaq
“Biznes demoqrafiyası”na dair informasiya ehtiyatı yaradılacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Dövlət Statistika Komitəsi İqtisadiyyat Nazirliyi ilə 2027– 2030-cu illər ərzində “Biznes demoqrafiyası”na dair yaradılacaq informasiya ehtiyatının texniki şərtlərinin və proqram təminatının hazırlanması, “Biznes demoqrafiyası”na dair informasiya ehtiyatının […]
Bir qrup idmançı və idman mütəxəssisləri təltif edildi
Azərbaycan Respublikası bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb. 1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov Fikrət Akif […]
İlham Əliyevin İrana səfəri planlaşdırılır
Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib. Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə […]
Yeni İldə neçə gün iş olmayacaq? – Nazirlər Kabinetindən açıqlama
Qarşıdan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədər qeyri-iş günləri olacaq. Manset.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. Bildirilib ki, […]










