Info Prezident

Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Edliyyeinfo.az xəbər verir ki, dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni […]

Ədliyyə Info

Region sakinləri üçün videoqəbul təşkil olunub

Dekabrın 23-də Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən  Göyçay, Bərdə və  Şirvan regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Videoqəbulda Bələdiyyələrlə iş baş idarəsi, İstintaq idarəsi və İcra xidmətinin fəaliyyət istiqamətləri ilə […]

Info Parlament

Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək

Dövlət rəmzləri (bayraq, gerb), rul nişanları, onların adları və tanınan hissələrini özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı “Patent haqqında” qanunda dəyişiklik edilir. Həmçinin, beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə […]

Info Prezident

İlham Əliyev Ağdama getdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Edliyyeinfo.az xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal […]

Info Parlament

Bu şəxslər psixoloji yardımla təmin ediləcək

Psixoloji yardımın maliyyələşdirilməsi qaydasına dəyişiklik edilir. Edliyyeinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar. Eyni zamanda əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar […]

Info MƏHKƏMƏ

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin […]

Info Parlament

Minatəmizləmədə heyvanlardan istifadə qaydası müəyyənləşir

Minatəmizləmə fəaliyyətində heyvanların istifadə edilməsi qaydası müəyyənləşir.  Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə ediləcək.

Info Prezident Sənədlər

Prezidentin son sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial […]

Info MƏHKƏMƏ

Amerika səfirinin sabiq sürücüsü özünü təqsirli bilmir - Məhkəmə işi

ABŞ-nin Azərbaycandakı səfirliyininl əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Edliyyeinfo.az –ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən ifadə verib. “Mən Amerika səfirliyi əməkdaslarının evlə təmin olunması ılə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam.2003-cü ildən dən 2018-ci ilə dək  işləmişəm. Mənə verilən ittihamla […]

Info Prezident Sənədlər

Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə: “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü […]